AZ

Zelenski Qərbdə dondurulmuş Rusiya aktivlərini Ukrayna pulu hesab edir - AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenski dondurulmuş Rusiya aktivlərini “Ukrayna pulu” adlandırıb.
 

Sfera.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
 

Zelenski həmçinin Ukraynanın Rusiya vəsaitlərini ələ keçirməsinə kömək edən hər kəsə təşəkkür edib.
 

Bundan əvvəl məlum olmuşdu ki, 176 milyard avro dondurulmuş Rusiya aktivləri "Euroclear" platformasına yenidən yatırılıb. 2024-cü ilin 9 ayı üzrə gəlir 5,15 milyard avro təşkil edib. Bundan əlavə, Belçika hökumətinə 1,27 milyard vergi ödənilib.
 

Oktyabrın 28-də də Yaponiya hakimiyyəti Ukraynaya 3 milyard dollar köçürməyə hazır olduqlarını və bu vəsaitin yenidən Rusiya vəsaitləri hesabına kompensasiya olunacağını açıqlayıb.

İnci

Seçilən
32
sfera.az

1Mənbələr