AZ

“SpaceX” ən böyük raketini altıncı dəfə sınaqdan keçirəcək

Amerikanın “SpaceX” şirkəti dünyada ən böyük raketi olan “Super Heavy” raket daşıyıcısı ilə “Starship” gəmisinin altıncı sınaq uçuşuna hazırlaşır. Uçuş noyabrın 18-nə planlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, “Starship” Yer kürəsi ətrafında bir dövrə etdikdən sonra Avstraliyanın şimal-qərbində - Hind okeanında suya enməlidir.

“Super Heavy”nin buraxılış kompleksinə enməsi ehtimal olunur.

“SpaceX” oktyabr ayında “Starship”in beşinci sınaq buraxılışını uğurla həyata keçirib. Şirkət ilk dəfə olaraq raketin birinci pilləsini buraxılış meydançasına qaytarmağı bacarıb. Dördüncü sınaq buraxılışı zamanı “Starship” sınaq buraxılışları tarixində ilk dəfə Yerə qayıdıb. İlk üç buraxılış uğursuzluqla başa çatıb.

Qeyd edək ki, “Starship” missiyası “SpaceX” tərəfindən hazırlanmış “Super Heavy” raket daşıyıcısı və “Starship” kosmik gəmisindən ibarət super ağır, təkrar istifadə edilə bilən, iki mərhələli sistemdir. Şirkət gələcəkdə gəminin orbitə uça biləcəyini və zərər görmədən geri qayıda biləcəyinə ümid edir.


Müəllif: Teleqraf.com
Seçilən
44
8
teleqraf.com

10Mənbələr