AZ

Zaqatalada DOĞUŞ FACİƏSİ: Yeni doğulan körpə öldü - VİDEO

Zaqatalada körpə doğuşdan sonra dünyasını dəyişib. Son bir həftə ərzində rayonda ikinci belə hadisə baş verir.

 

Sfera.az-ın məlumatına görə, noyabr ayının 4-ü rayonun Yuxarı Tala kənd sakini Pərvanə İsgəndərova qeysəriyyə yolu ilə körpə dünyaya gətirib.

 

38-39 həftəlik hamiləliklə müraciət etmiş şəxsə cərrahi doğuş icra edilib. Doğuş fəsadsız keçib. Lakin körpənin həyatını xilas etmək mümkün olmayıb.

 

Körpənin vəziyyəti təxliyə üçün uyğun olmadığından müalicəsinin Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilməsinə qərar verilib.

 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Ətraflı süjetdə:

 

Seçilən
12
50
sfera.az

10Mənbələr