"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinin IV turunda “Bodo-Qlimt”in qonağı olacaq.
Norveçdə baş tutacaq oyuna saat 21:45-də start veriləcək.
“Qarabağ” bundan əvvəl “Tottenhem”(0:3), “Malmö”(1:2) və “Ayaks”a (0:3) uduzub. Ağdam təmsilçisi hazırda 36 komanda arasında sonuncu pillədədir.
UEFA Avropa Liqası
Liqa mərhələsi, IV tur
7 noyabr
21:45 "Bodo-Qlimt" (Norveç) – "Qarabağ" 1:2 (İKİNCİ HİSSƏ)
Qollar: Berg 42 - Toral Bayramov 22, Zubir 67
Baş hakim: Luis Qudinyu (Portuqaliya)
saytlarin hazirlanmasi