Təkərin partlaması 24 yaşlı gəncin ölümünə səbəb olub
Trend xəbər verir ki, Şabranın Dəvəçi kəndində yerləşən təkər təmiri sexində faciə başverib.
Təkərin partlaması 24 yaşlı gəncin ölümünə səbəb olub.
Mərhumun yaxınları bildirib ki, Vətən müharibəsinin iştirakçısıoan Rafael Əzimov təmir sexinin daimi işçisi olmayıb. Oradavaxtaşırı olaraq qardaşına kömək edib.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırmaaparılır.