AZ

“Əziyyətimizi çox pis şəkildə yerə vururlar”

"Bu şəhərdə" yumoristik estrada teatrının üzvü, Əməkdar artist Rafael İsgəndərov sosial şəbəkədə yazılan neqativ şərhlərdən söz açıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "İncə səhər" verilişində danışıb.

İsgəndərov izləyicilər tərəfindən yazılan "Nə qədər olar eyni aktyorları filmlərə çəkmək" fikirlərinə belə münasibət bildirib:

"Qaldı ki, tamaşaçı fikrinə... Milyon tamaşaçı varsa, milyon da fikir var. Əziyyət çəkirik, nəsə ərsəyə gətiririk amma şərhlərdə bizim o əziyyətimizi çox pis şəkildə yerə vururlar. Yazıllar ki, nə qədər olar eyni aktyorları filmlərə çəkmək. Gətirin həftəsi 60 min dollara çəkilən türk aktyorunu və onu filmlərə çəkin. Və ya təklif edin başqa aktyora. Biz heç gileylənib, şikayətlənib heç demirik ki, "Nə qədər olar eyni tamaşaçı" (gülür). Mən hər zaman bizim tamaşaçıya yüksək qiymət vermişəm. Hər zaman deyirəm Allahdan sonra bizi-biz edən tamaşaçılardı".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
13
5
milli.az

7Mənbələr