AZ

"Barselona"nın bəzi oyunçuları məni razı salmağa çalışırdılar"

"Atletik Bilbao"nun cinah oyunçusu Niko Uilyams yay transfer dönəmində "Barselona"nın bəzi oyunçuları bu keçidin reallaşması üçün çalışdıqlarını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "La Revuelta" ispan oyunçunn dediklərini belə çatdırıb.

“Çətin idi. Üstəlik, o "Barsa"dakı ən yaxın tanıdığım oyunçular Lamin [Yamal], Balde və başqaları bu transferin baş tutması üçün hər gün mənə yazırdılar: “Qardaş, gəl, gəl [transfer]”,

Bu mövsüm Uilyams bütün turnirlərdə 14 matçda iştirak edərək iki qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Seçilən
35
90deqiqe.az

1Mənbələr