UEFA Konfrans Liqasının Liqa mərhələsində bu gün III turun oyunları keçirilib.
Publika.az xəbər verir ki, İtaliyanın “Fiorentina” klubu səfərdə APOEL-in (Kipr) qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb.
Türkiyənin “Başakşəhər” komandası Danimarkada “Kopenhagen”lə üz-üzə gəlib. Oyunda qalib müəyyənləşməyib - 2:2. İspaniya təmsilçisi “Betis” isə doğma meydanda Sloveniya “Seyle”si ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Konfrans Liqası
Liqa mərhələsi
III tur
7 noyabr
18:30. “Vikinqur” (İslandiya) - “Borats” (Bosniya və Herseqovina) 2-0
21:45. “Gent” (Belçika) - “Omoniya” (Kipr) 1-0
21:45. “Legiya” (Polşa) - “Dinamo” (Minsk, Belarus) 4-0
21:45. HJK (Finlandiya) - “Olimpiya” (Sloveniya) 0-2
21:45. “Şemrok Rovers” (İrlandiya) - TNS (Uels) 2-1
21:45. “Petrokub” (Moldova) - “Rapid” (Avstriya) 0-3
21:45. TSK (Serbiya) - “Luqano” (İsveçrə) 4-1