AZ

“Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirildi

Azərbaycan Dillər Universitetində (ADU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sūkutla yad olunub.

ADU-nun rektoru akademik Kamal Abdulla Zəfər Günü münasibətilə universitet kollektivini təbrik edib və qeyd edib ki, bu tarixi missiyanın şahidləri və iştirakçıları olduğumuz üçün özümüzü xoşbəxt hiss etməli, məsuliyyətimizi dərk etməli və qazilərimizi, şəhidlərimizi heç vaxt unutmamalıyıq:

“Zəfər Günü Azərbaycana bir ilə, bir aya deyil, tarixən əvvəlki nəsillərdən üzü bu yana addım-addım yaxınlaşdırıldı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Bu qələbədə minnətdarlığımız Ali Baş Komandan İlham Əliyevə və bu yolda canını fəda etmiş şəhidlərimizə olmalıdır. Şəhidlərimizin ölməz və əziz xatirəsini yaşatmaq bizim milli borcumuz, milli missiyamızdır. Bu gün Azərbaycan zəfərdən-zəfərə imza atır. Hamımız əmin olmalıyıq ki, bizim addımlarımız davamlı və möhkəmdir. Biz qalib xalqın nümayəndələri kimi bundan sonra da dövlətimizin, millətimizin inkişafı və tərəqqisi üçün əlimizdən gələni etməliyik. Bu yolda hər kəs səfərbər olmalı, Cənab Prezidentin ətrafında sıx birləşməlidir”.

Erməni araşdırmalar mərkəzinin rəhbəri, BMR fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının baş müəllimi, 44 günlük Vətən Müharibəsində iştirakına görə Ali Baş Komandan tərəfindən “Azərbaycan bayrağı ordeni” ilə təltif olunmuş Aydın Eyvazov, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov, Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızı “44 günlük Zəfər” mövzusunda çıxış ediblər.

Tədbirin bədii hissəsi konsert proqramı ilə yekunlaşıb.

Seçilən
123
1
axar.az

10Mənbələr