AZ

Azərbaycan və MDB ölkələrinin internet göstәricilәrinin müqayisəli təhlili aparılıb

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnformasiyaKommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşlarıtərəfindən Azərbaycan və digər MDB ölkələrinin internetgöstәricilәrinin müqayisəli təhlili aparılıb.

Trend İKTA-nınyaydığı məlumata istinadən xəbər verir ki, təhlildə 2023-cü iliniyunundan 2024-cü ilin avqustuna qәdәr olan dövrdә MDB-yə daxilolan Azәrbaycan, Ermәnistan, Belarus, Qazaxıstan, Qırğızıstan,Moldova, Rusiya, Tacikistan vә Özbәkistanda internet performansgöstәricilәri әtraflı araşdırılıb.

Eyni zamanda “Ookla”nın hər ay açıqladığı “Speedtest GlobalIndex” mәlumatlarından istifadә edilәrәk median vә orta (mean)göstәricilәr әsasında sabit genişzolaqlı vә mobil internetsürәtlәri, hәmçinin gecikmә (latency) tәhlil edilib.

Sözügedən dövr ərzində sabit genişzolaqlı internetin orta“download” sürətinin ən yüksək artımı (76,25 faiz) vә orta “upload”sürətinin ən yüksək artımı (68,38 faiz) Azərbaycanda müşahidəolunub. Qeyd edək ki, təhlil dövründə Azərbaycanda internetabunəçilərinin sayı 2,1 milyondan çox olub. İllik müqayisədə mobilinternetin sürətində də artım mövcuddur. Belə ki, 2023-cü ilinsentyabrında ölkəmizdə mobil internetin median sürəti (download)44,88 Mb/s olduğu halda bu ilin analoji dövründə həmin göstərici23,93 faiz artaraq 55,62 Mb/s-yə çatıb.

Qeyd edilən dövr üzrə mobil internetin median sürəti (upload)2,09 Mb/s, yaxud 15,94 faiz yüksələrək 13,11 Mb/s-dən 15,20 Mb/s-yəçatıb. Bu göstəricilər isə faktiki olaraq ölkəmizin 8 pilləirəliləyərək 56-cı yerdən 48-ci pilləyə qalxması deməkdir.

Cari təhlildə Azәrbaycanın internetin orta sürәti ilә bağlıqoyduğu hәdәflәrә bu ilin yanvar ayından nail olduğu hüquqicәhәtdәn vә mәlumat bazası әsasında sübuta yetirilib. Xüsusәn“Ookla”nın internetin orta sürəti ilә bağlı indikatorlardadәyişiklik etmәsinin orta sürәt anlayışı ilә bağlı necәanlaşılmazlıq yaratdığı göstәrilib.

Qeyd edək ki, 2023-cü ilin aprel ayından etibarәn “Ookla” ortasürәt mәlumatları əvəzinə, median sürәtlәrin tәqdim edilmәsinәbaşlayıb. Buna baxmayaraq xüsusi proqram vasitәsilә orta sürәtmәlumatları әldә edilib vә әldә olunan mәlumatların müqayisәlistatistik tәhlili aparılıb. Tәhlillәr göstәrir ki, Azәrbaycaninternet göstәricilәrindә әhәmiyyәtli irәlilәyişlәr nümayişetdirib. Belə ki, Azәrbaycan son bir ildә bütün göstәricilәr üzrәyalnız irәlilәyiş әldә edib vә heç biri üzrә gerilәmәmiş üç MDBölkәsindәn biridir.

Qeyd edək ki, bu hesabat tәdqiqatçılar üçün MDB regionundainternet bağlantısının cari vәziyyәtini vә perspektivlәrinianlamağa yardım edәcək.

Seçilən
23
3
az.trend.az

5Mənbələr