AZ

Qapı tutacaqlarından uzaq dursunlar: Uşaqlar arasında yayılan təhlükəli virusla bağlı XƏBƏRDARLIQ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Uşaqlar arasında yayılan təhlükəli Koksaki virusuna çirkli əllərə görə də yoluxmaq mümkündür.
Oxu.Az-ın "Izvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı terapevt-immunoloq, xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov xəbərdarlıq edib.
O, Koksaki virusunun ilk üç gündəki simptomlarının adi soyuqdəyməyə, kəskin respirator virus infeksiyalarına (KRVİ) oxşadığını bildirib və onun fərqləndirici simptomlarından danışıb.
"İlk günlər hərarət, burun axması, öskürək, əzələ ağrısı və başağrısı müşahidə olunur. Bundan sonra səpgilər əmələ gəlir ki, məhz bu, Koksaki virusunu digərlərindən fərqləndirir: ağızda, dildə, diş ətində, bədəndə böyük səpgilər yarana bilər. Bundan əlavə, qusma, ishal, əllərdə çatlar ola bilər", - deyə o bildirib.
Jemçuqov qeyd edib ki, əsasən 10 yaşa qədər uşaqlar virusa yoluxur və uşaq nə qədər kiçikdirsə, simptomları bir o qədər ağır keçirir.
"Burun-udlaq, beyin qişaları zədələnir, meningit simptomları ola bilər. Bu virus ürəyi, qaraciyəri, böyrəkləri zədələyə bilər. O, hava-damcı yolu ilə, qida və çirkli əllər vasitəsilə ötürülür", - deyə həkim izah edib.
İmmunoloq əlavə edib ki, ən kiçik narahatlıq zamanı həkim çağırmaq, onun gəlişinə qədər isə iltihabəleyhinə dərman qəbul etmək vacibdir.
Rusiyanin Laboratoriya təbabəti və istehsalat üzrə direktoru Lyubov Stankeviç öz növbəsində bildirib ki, Koksaki virusuna məhəccərlər, qapı tutacaqları və ya ümumi istifadə yerlərindəki santexnika kimi ümumi əşyalar vasitəsilə asanlıqla yoluxmaq mümkündür. O, tez-tez əl yumağı, konyunktivit, öskürək və ya zökəm olan insanlarla yaxın təmasdan çəkinməyi tövsiyə edib.
Bundan başqa valideynlərə tövsiyə olunur ki, uşağın əllərini yumağı unuda biləcəyi ictimai iaşə yerlərinə və ya məktəb yeməkxanalarına getməsini məhdudlaşdırsınlar.
Seçilən
10
50
oxu.az

10Mənbələr