Azərbaycanda vətəndaşları 6 günlük uzun tətil gözləyir.
Bakuinfo.net xəbər verir ki, Nazirlər Kabinetinin verdiyi qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığının təmin olunması məqsədilə 12 və 13 noyabr iş günləri müvafiq olaraq 16 və 23 noyabr istirahət günləri ilə əvəz edilib.
Bu tətil proqramı çərçivəsində, 8 noyabr Zəfər Günü və 9 noyabr Dövlət Bayrağı Günü qeyri-iş günləri olaraq qeyd olunacaq. Bayrağımızın günü bu il şənbə gününə düşdüyündən, Əmək Məcəlləsinə əsasən, 11 noyabr bazar ertəsi də qeyri-iş günü elan edilib. Beləliklə, ardıcıl olaraq 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr tarixləri qeyri-iş günləri olacaq.