AZ

Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır

Cari ilin noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevində iştirak etməsi Türk Dünyası ölkələri arasında sıx əməkdaşlığın davam etdiyinin göstəricisidir.

Yeri gəlmişkən bildirmək istəyirəm ki, bu, cənab Prezident İlham Əliyevin son iki ildə Qırğız Respublikasına üçüncü səfəridir. Xatırlatmaq yerinə düşər ki, bu il həmçinin, Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinində 15-ci ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. Cari ilin iyul ayında Şuşada keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü zamanı imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. 

Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini artıran Azərbaycan bundan sonra təşkilata maliyyə dəstəyidə verəcəkdir. Çünki təşkilatın mövcud büdcəsi hələ ki, hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərəcəkdir.

Eyni zamanda Türk Dövlətləri Təşkilatı ölkələri arasında təhlükəsizlik və müdafiə sahəsində də əməkdaşlıq genişlənməkdədir. Strateji mövqedə yerləşən Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi istiqamətində yük daşımalarındakı əhəmiyyəti artmaqda davam edir. Azərbaycanın Türkiyənin Mərkəzi Asiya ölkələri ilə əlaqələrində körpü rolunu oynaması onun tranzit daşımalarında həcmini artırmağa imkan verir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına ciddi təsir edəcək. Bundan əlavə Türk Dövlətləri Təşkilatlarından Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstan Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında apardığı genişmiqyaslı quruculuq işlərində öz qardaşlıq dəstəyini göstərirlər. Digər tərəfdən bu günlərdə Azərbaycanda COP29 iqlim konfransı keçiriləcəkdir. Əminik ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr bu beynəlxalq tədbirdə də fəal iştirak edərək dost və qardaş Azərbaycana öz dəstəklərini göstərəcəklər. 

Eldəniz Zeynalov Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı    

Seçilən
25
missiya.az

1Mənbələr