ABŞ-nin yeni seçilmiş Prezidenti Donald J. Trampın keçid komandası onun müşaviri Syuzan Uaylsın hakimiyyətə gəldikdən sonra Ağ Ev Aparatının rəhbəri vəzifəsinə təyin olunacağını elan edib.
Bakıvaxtı.az bu barədə TASS-a istinadən xəbər verir.
"Syuzan güclü, ağıllıdır, yeniliyi görmə qabiliyyətinə malikdir, ona heyrandırlar və hörmət edirlər. Syuzan ABŞ tarixində Ağ Ev aparatına rəhbərlik edən ilk qadın olacaq", - Trampın tərəfdarları bildiriblər.
Uayls 2016, 2020 və 2024-cü illərdə Tramp komandasının tərkibində keçirilən seçki kampaniyalarında fəal iştirak edib.
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçirilib. Ali vəzifə uğrunda demokrat namizəd Kamala Harris və Respublikaçılar Partiyasının iddialısı Donald Tramp aparıblar. Qalib gəlmək üçün siyasətçilərdən biri azı 270 seçici səsi almalı idi. Tramp seçkilərdə 295 səs toplayıb.
ABŞ-nin 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci ilin 20 yanvarında keçiriləcək. Tramp övladlarının yenidən Ağ Evdəki vəzifələrə təyinatından imtina edib.