Sovet və Rusiya estradasının ulduz müğənnisi Alla Puqaçova həyatı boyu topladığı qiymətli zinət əşyaları, o cümlədən nadir brilyant və sapfirlərdən ibarət kolleksiyasını satmağa hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, bu barədə musiqi prodüseri Sergey Dvortsov bildirib. O, zinət əşyalarının satışa çıxarılmasının Puqaçova üçün çox çətin olduğunu bildirib.
“Yaşaya bilmək üçün bir şeyə ehtiyacınız var. Allanın böyük sapfir və almaz kolleksiyası var. Həddindən artıq çətin hallarda onları satacaq”, - deyə Dvortsov Puqaçovanın hazırda üzləşdiyi maliyyə çətinliklərinə toxunub.
Maraqlıdır ki, Alla kolleksiyanı nəvəsi, Kristina Orbakaitenin 2012-ci il təvəllüdlü qızı Klavdiyaya vermək niyyətində idi. Lakin yaranmış vəziyyət Puqaçovanı xaricdəki ailəsinin rifahı naminə planlarına yenidən baxmağa məcbur edib.
2022-ci ilin yazında Rusiyanı tərk edən məşhur estrada müğənnisi Alla Puqaçova yaxın gələcəkdə ölkəsinə qayıtmaq niyyətində deyil.
Alla Puqaçovanın hazırda yaşadığı İsraili tərk edərək Kiprdə məskunlaşmağa hazırlaşır.