Azərbaycan UEFA-nın klub reytinq cədvəlində mövqeyini yaxşılaşdırıb.
Day.Az xəbər verir ki, Avroliqanın 4-cü turunda "Qarabağ"ın Norveçdə "Bodo Glimt" üzərindəki qələbəsindən (2:1) sonra Azərbaycan UEFA-nın klub reytinqində irəliləyib
"Qarabağ" ölkəmizin aktivinə daha 0,500 xal yazdırıb.
Bununla da Azərbaycan bir pillə irəliləyərək 27-ci yerə yüksəlib. Hazırda onun 19,625 xalı var. Azərbaycandan bir pillə öndə - 26-cı yerdə olan Rumıniya 20,125, bir pillə geridə - 28-ci yerdə qərarlaşan Bolqarıstan isə 19,125 xala malikdir.
Reytinqə əvvəlkitək İngiltərə (19,160) başçılıq edir.