AZ

Azərbaycan–İspaniya COP29 əməkdaşlığı

Noyabrın 7-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov, ilk növbədə, İspaniyada baş vermiş daşqınlar səbəbindən həyatını itirmiş şəxslər və təbii fəlakətin digər fəsadları ilə bağlı başsağlığı mesajını yenidən ifadə edib.

Daha sonra tərəflər iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib və mövcud əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Telefon danışığı zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, iki ölkə arasında bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

XQ

Seçilən
14
15
xalqqazeti.az

10Mənbələr