AZ

Şəhid atası olan Xalq artisti: "Müharibə başlayanda könüllü olaraq döyüşlərə yollandı"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Onlar Vətən uğrunda, dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid və qazi oldular. Onlar boyunlarına kəfən dolayıb döyüşə getdilər. Onlar ildırım kimi çaxdılar, qartal kimi şığıdılar, aslan kimi kükrədilər və mənfur düşməni torpaqlarımızdan qovub çıxardılar. Allah onların vasitəsi ilə Azərbaycan dövlətinə tarixi və böyük bir qələbə bəxş etdi".
Bu sözləri Oxu.Az açıqlamasında şəhid baş leytenant Rövşən Nuruzadənin atası, Xalq artisti Əli Nur deyib.
Onun sözlərinə görə, şanlı ordumuzun və Ali Baş Komandanın qəhrəmanlığı tək Azərbaycan vətəndaşlarını yox, dünyanın müxtəlif yerlərində yaşayan bütün azərbaycanlıların başını uca etdi:
"Onlar indi fəxrlə yaşayır, azərbaycanlı olduqları üçün, qalib xalqın nümayəndələri olduqları üçün fəxr edirlər".
"Rövşən isə vaxtilə Ağdamda "N" saylı hərbi hissədə komandir kimi 10 il çalışıb. Ehtiyatda olan zabit idi. Müharibə başlayanda könüllü olaraq döyüşlərə yollandı ki, müharibədə təcrübəli zabitlərə ehtiyac var. O, Cəbrayıl, Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlıda yaralansa da, geri çəkilməyib, toparlanıb Daşaltıya gedib və 3 gün də orada vuruşandan sonra yenidən yaralanıb. Onu ərazidən uzaqlaşdırmaq istəyəndə isə belə bir söz deyib: "Birimiz canımız, birimiz qanımızla qələbəni əldə etməliyik. Biz Şuşaya girməliyik. Ardımca!" Beləliklə, yenidən döyüşlərə qoşulub və Şuşada şəhid olub. Təbii ki, şəhidlərimizin hamısı qəhrəmandır. Allah hər birinə rəhmət eləsin. Onlar şəhid oldular, amma əməlləri hər zaman yaşayacaq", - şəhid atası əlavə edib.
Mərahim Nəsib
Seçilən
13
50
oxu.az

10Mənbələr