Rusiya ordusu Donetsk vilayətində Novoalekseevkanı ələ keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat verib.
“Rusiya ordusunun cəbhədə irəliləyişləri davam edir, xüsusilə, ruslar Novodmitrovka yaxınlığında. Bundan başqa Rusiya qüvvələri Novoalekseevkanı işğal edib, həmçinin Novodmitrovka, Novoaleksandrovka və Maksimovka ərazilərində fəallaşıb”, – deyə məlumatda bildirilib./teleqrafcom