AZ

Amazonda bir neçə gün azan turist yağış suyu ilə sağ qala bilib

İspaniyalı turist Amazon cəngəlliyində azıb və üç gün təkbaşına dolaşaraq sağ qala bilib. Bu barədə Noticias Caracol yazıb.

Qeyd edilib ki, Ester Ximenez Romeu adlı şəxs Kolumbiyanın Amazonas əyalətinin cəngəlliyinə gedib. 

"İspaniyadan olan 26 yaşlı qadın bələdçi tutsa da, sıx kollara görə yol boyu ondan ayrı düşüb. O, itdiyini və bələdçisiz qaldığını biləndə təşvişə düşüb. Lakin sonra özünü toparlayaraq düşərgə qurub və bələdçinin qayıtmasını gözləyib", - müəllif yazıb.

Turist hətta Norveçdə olan rəfiqəsinə də mesaj göndərərək kömək istəyib. Məhz həmin qadın sms-dən sonra Kolumbiyanın aidiyyəti qurumlarını xəbərdar edib. Bundan sonra itkin qızın axtarəşəna başlanılıb: "Xilasetmə əməliyyatlarına polis, könüllü yanğınsöndürənlər, regional mühafizəçilər və digər xidmətlər cəlb olunub. Ester 48 saat sonra tapılıb və vəziyyəti yaxşı olub. O, yağış suyu topladığını və yulaf ezmesi yediyini söyləyib".

Tural

Seçilən
22
news365.az

1Mənbələr