AZ

“Qarabağ” tarixi qələbə ilə Azərbaycanı irəli saldı

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki ilk qələbəsi Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

Arena.az xəbər verir ki, avrokuboklarda bu həftə baş tutan oyunlardan sonra ölkələrin UEFA reytinqində dəyişikliklər olub.

Bəzi ölkələrin xal hesabları və mövqeləri dəyişib. Bu, Azərbaycandan da yan ötməyib.

Belə ki, Azərbaycan siyahıda bir pillə irəliləyib. Buna “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində “Bodo Qlimt”ə qalib gəlməsi səbəb olub. Qurban Qurbanovun yetirmələri Norveçdəki 2:1 hesablı tarixi qələbə ilə ölkəmizə 0,500 xal gətirib.

Hazırda hesabında 19,625 xal olan ölkəmiz Avropada 27-ci pilləyə yüksəlib. Azərbaycan Bolqarıstanı keçib.

Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Reytinq cədvəlinə yenə İngiltərə (95,160) başçılıq edir. İtaliya (84,160) ikinci, İspaniya (78.418) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (76,285) dördüncü, Fransa (63,236) isə beşinci sıradadır. Türkiyə 39,300 balla 10-cu sırada yer alır.

Seçilən
30
arena.az

1Mənbələr