Bakı. Trend:
Noyabrın 8-də Azərbaycanda Zəfər Günü qeyd olunur. Bu günxalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən,dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsnaəhəmiyyət kəsb edir. Dünyaya səs salan Zəfərimiz xalqımızınyenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatıdır. Azərbaycanınçoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ ZəfəriPrezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətlisərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanıvə canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündəşanlı tarix yazaraq, 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzbərpa olundu. Zəfər Günü Azərbaycan xalqının şanlı tarixinə yazılanqəhrəmanlıq salnaməsidir.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Böyük Qələbə Gününün4-cü ildönümü ilə əlaqədar səhiyyə naziri Teymur Musayev, SəhiyyəNazirliyinin Aparatı və tabeliyindəki qurumların rəhbər şəxsləriİkinci Fəxri Xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarınıziyarət ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həkimvə tibb işçilərinin əziz xatirəsi böyük ehtiramla anılaraq,məzarları üzərinə tər güllər düzülüb.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində 159 hərbi tibbişçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 44 tibb işçisi – 11həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhidolub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimizə şəfaversin!