AZ

Yunanıstandan Türkiyə ilə bağlı önəmli açıqlama: “Fövqəladə iradə” var

Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis türkiyəli həmkarının Afinaya səfəri ərəfəsində bildirib ki, ölkəsi Ankara ilə “böhranların qarşısını almağa” imkan verən etimad təməli yaradıb.

Publika.az xəbər verir ki, o, bu barədə Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində bildirib.

Gerapetritisin sözlərinə görə, son 15 ay ərzində Yunanıstan və Türkiyə ikitərəfli dialoqu ən yüksək səviyyədə bərpa etdikdən sonra onlar “münasibətləri fərqli bir yola yönəltmək üçün fövqəladə iradə” nümayiş etdiriblər.

“Addım-addım biz elə bir etimad səviyyəsinə çatmışıq ki, problemləri səmimi şəkildə müzakirə edə və böhranların qarşısını ala bilərik”, - Yunanıstan Xarici İşlər Nazirliyinin rəhbəri deyib.

Onun müsahibəsi uzun müddətdir davam edən ikitərəfli münaqişələrin həllinə yönəlmiş yeni diplomatik səylər çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanın Afinaya səfəri ərəfəsində verilib.

Seçilən
27
25
publika.az

10Mənbələr