AZ

ABŞ tarixində bir ilk!

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın müşaviri Syuzan Uayls onun administrasiyası dövründə Ağ Ev aparatına rəhbərlik edəcək.

“Apress.az” “CNN”ə istinadən xəbər verir ki, bu barədə Tramp açıqlamasında deyib.

“Syuzan Uayls mənim Amerika tarixindəki ən böyük siyasi qələbələrdən birini əldə etməyimə kömək etdi və o, həm də 2016 və 2020-ci illərdəki uğurlu kampaniyalarımın bir hissəsi olub. O güclü, ağıllı, yenilikçi, heyranedici və hörmətli biridir. ABŞ tarixində Ağ Ev işçilərinə rəhbərlik edəcək ilk qadın olacaq”, – deyə Tramp bildirib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Tramp 295 səs toplayıb.

ABŞ-nin 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci ilin 20 yanvarında keçiriləcək.

Seçilən
3
3
apress.az

4Mənbələr