İspaniyada oktyabrın 29-da başda Valensiya olmaqla ölkənin şərqini və cənubunu fəlakət zonasına çevirən güclü yağış və sel bu dəfə Girona şəhərinə ziyan vurub.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, İspaniyanın şimal-şərqindəki Girona şəhərinin Kadaqes rayonunda ötən gecə başlayan güclü yağışın səbəb olduğu sel ən azı 32 avtomobilə ziyan vurub .
Kataloniya Radiosuna danışan Kadaqes Bələdiyyə Başçısı Pia Serinyana 2-3 saat davam edən güclü yağışın ciddi fəsadlar törətdiyini bildirib.
Əli Hüseynov