Tanınmış jurnalist Seymur Verdizadənin yeni iş yeri məlum olub.
Editor.az -ın məlumatına görə, S.Verdizadə karyerasını Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında davam etdirəcək.
Əldə etidyimiz məlumata gərə, bununla bağlı müvafiq əmr imzalanıb.
Xatırladaq ki, S.Verdizadə Türkiyənin Qazi Universitetinin məzunudur.
O, 1998-ci ildən indiyə kimi peşəkar jurnalist fəaliyyəti ilə məşğul olub. Bir sıra qəzetlərdə və saytlarda şöbə müdiri, baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb. ATV, “Xəzər”, “Space” və ARB TV-nin ən reytinqli verilişlərinin eksperti olub.
S.Verdizadə köşə yazarı kimi oxucuların daim izlədiyi qələm sahiblərindən biridir.
O, həm də Jurnalist Araşdırmaları Mərkəzinin sədri kimi QHT sektorunda aktiv fəaliyyət göstərib.