UEFA Avropa Liqasının rəsmi instaqram hesabı azarkeşlər arasında 4-cü turun ən yaxşı qolunu müəyyənləşdirir.
İdmanxeber.az-ın məlumatına görə, sorğuda 4 futbolçunun qolu azarkeşlərin ixtiyarına verilib. Bunlardan biri də “Bodo Qlimt”in qapısına yol tapmış “Qarabağ”dan Toral Bayramovun qoludu.
Bundan başqa, “Tottenhem”i baxımlı qolla məyus edən “Qalatasaray”dan Yunus Akgünün, “Ludoqorets”in futbolçusu Erik Markusun, həmçinin “Ayntraxt”ın üzvü Omar Marmuşun fərqləndiyi epizodlar da “dördlük”də yer alır.