Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, millinin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
1. Nicat Mehbalıyev, "Sabah";
2. Rza Cəfərov, "Neftçi";
3. Aydın Bayramov, "Zirə";
4. Abbas Hüseynov, "Qarabağ";
5. Amin Seydiyev, "Sabah";
6. Rahil Məmmədov, "Radomiak Radom", Polşa;
7. Bəhlul Mustafazadə, "Qarabağ";
8. Zamiq Əliyev, "Eqnatia", Albaniya;
9. Bədavi Hüseynov, "Qarabağ";
10. Anton Krivotsyuk, "Daejeon Hana Siti", Cənubi Koreya;
11. Elvin Cəfərquliyev, "Qarabağ";
12. Coşqun Diniyev, "Bandırmaspor", Türkiyə;
13. Aleksey İsayev, "Qarabağ";
14. Xəyal Nəcəfov, "Turan Tovuz";
15. Ceyhun Nuriyev, "Zirə";
16. Mustafa Əhmədzadə, "Araz-Naxçıvan";
17. Səbuhi Abdullazadə, "Sumqayıt";
18. Emin Mahmudov, "Neftçi";
19. Toral Bayramov, "Qarabağ";
20. Ozan Can Kökçü, HJK, Finlandiya;
21. Rüstəm Əhmədzadə, "Zirə";
22 Ramil Şeydayev, "Neftçi";
23 Mahir Emreli, "Nürnberq", Almaniya;
24 Nəriman Axundzadə, "Qarabağ".
Millimiz noyabrın 11-də toplaşacaq və Qəbələdə hazırlıq keçəcək.
Estoniya seçməsi ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda baş tutacaq. Komanda matçdan bir gün sonra - noyabrın 17-də, saat 16:00-da İsveçin paytaxtı Stokholma yollanacaq. Baş məşqçi Fernandu Santuş futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da "Strouberri Arena"da İsveç yığması ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz qarşılaşmanın ardından Bakıya qayıdacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də "Strouberri Arena"da İsveç seçməsi ilə qarşılaşacaq.
"Cebheinfo.az"