İki həftə əvvəl Livanın cənubundakı döyüşlər zamanı ağır yaralanan İsrail ordusunun ehtiyatda olan hərbi qulluqçusu bu gün ölüb.
Missiya.Az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilir ki, ölən 39 yaşlı Qay Şabtay adlı hərbi qulluqçudur.
Qeyd olunub ki, oktyabrın 26-da Livanın cənubundakı bir kənddə “Hizbullah” yaraqlıları ilə atışma zamanı Şabtay ağır yaralanmışdı.
Daşqın HəsənovMissiya.Az