Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının raket sınaqlarına qarşı həyata keçirdiyi təlim çərçivəsində Sarı dənizə doğru yer-yer tipli ballistik raket atıb.
"Cebheinfo.az" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın son raket atma sınaqlarına qarşı keçirilən təlimlə bağlı açıqlama verib.
Məlumatda "Hyunmoo-2" qurudan-quruya tipli ballistik raketlərin istifadə olunduğu canlı təlimin Sarı dənizdə paytaxt Seuldan 108 kilometr cənub-qərbdə, Taean bölgəsi sahillərində keçirildiyi bildirilib.
Açıqlamada Şimali Koreyanın ABŞ ilə hərbi fəaliyyətinin bundan sonra da yaxından izlənəcəyi bildirilib və Cənubi Koreya ordusunun Şimali Koreyanın təxribatlarına “əzici üstünlüklə” cavab verməyə hazır olduğu vurğulanıb.
Cənubi Koreya Şimali Koreyanın noyabrın 5-də Yapon dənizinə (Şərq dənizi) doğru çoxsaylı qısa mənzilli ballistik raketlər buraxdığını bildirib.
Oktyabrın 31-də Şimali Koreya indiyədək atdığı raketlər arasında "ən uzun uçuş müddətinə" malik hesab edilən yeni tipli “Hwasong-19” qitələrarası ballistik raketi (ICBM) Yaponiya dənizinə atıb.