Bu gün AFFA-nin inzibati binasında millimizin Estoniya və İsveçlə qarşılaşmaları üçün heyəti açıqlandı.
"Football-plus.az" xəbər verir ki, 24 futbolçunun adı açıqlanandan sonra yığmamızın çalışdırıcısı Fernando Santuş mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
- Mehdi Cənnətov əvvəlki oyunlarda əsas qapıçı idi. Onun bu dəfə siyahıda olmaması nə ilə bağlıdı?
- Məşqçilər heyətinin ümumi qəraridı. Məşqçilər heyəti var. Mehdi ilə şəxsi heç bir problem yoxdu. Son oyunlarda çıxışı ürəkaçan deyildi, mən də bəyənmədim. Ona görə başqa qapıçılara şans verdim.
- Mahir Emreli Estoniya ilə görüşdə olmayacaq, Renat Dadaşov isə əməliyyat edilib. Hücum xəttindəki problemləri necə aradan qaldıracaqsız?
- Həmişə çıxış yolu olmalıdı. Təlim-məşq toplanışında daha yaxşı formada olanları görəcəm. Əlimizdə hansı material varsa, çalışacağıq ki, onunla çıxış yolu tapaq. Bəzi oyunçular var ki, bu vəziyyətdən çıxmağımıza kömək olacaq. Qarşıdakı məşqlərdə oyunçuları yoxlayacağıq. Sonda qərara alacağıq ki, kim hücumda oynayıb, bizə kömək ola bilər. Məşqlər zamanı baxacağıq ki, kim tələblərimizə cavab verə bilir.
- Millətlər Liqasında ciddi uğur mümkün deyil. Olmazmı ki, gələcəyə bağlı gənclərə üstünlük verəsiz?
- Biz də hazırda onu edirik. Dəvət olunmuş oyunçuların ümumi orta yaş həddinə baxsaz, görərsiz ki, 25-di. Bu toplanışa iki yeni gənc də cəlb olunub. Məşqlər zamanı onları sınaqdan keçirəcəyik. Baxacağıq ki, hansılar gələcəkdə bizə kömək ola bilər. Gənc oyunçuların yanında təcrübəlilər də olmalıdı ki, onlara baxıb, nəsə öyrənib inkişaf etsinlər. Yalnız gəncləri də çağırmaq düzgün alınmaz. Amma sizin fikrinizlə razıyam.
- Arif Əsədovun gedişindən sonra demişdiz ki, yerli köməkçi məşqçi gətirəcəksiz. Ancaq bu təyinat baş tutmayıb. Hətta mediada yayılan xəbərlərə görə, Kamran Ağayevi də komandadan kənarda saxlayırsız. Bu barədə nə deyərdiz?
- Xeyr, bu düz xəbər deyil. Sabah Kamran Ağayev bizimlə olacaq. Birinci suala gəlincə, işlər gedir. Qarşıdakı toplanışlarda baxacağıq ki, hansı məşqçini korpusumuza daxil edə bilərik. Heç də asan deyil. Çox çətindi. Köməkçi işi elədi ki, baş məşqçiyə həqiqətən köməyi dəyməlidi. Bunun üzərində AFFA ilə bərabər işlər gedir.
- Qəbələ dağlıq ərazi olduğuna görə futbolçular orda oynayanda tənəffüslə bağlı bəzən problem yaranır. Oranın iqlimini bilirsizmi, bu sizə hansısa problem yaratmayacaq?
- Artıq iki dəfə Qəbələdə olmuşam. Oranın iqlimizini bilirəm. Üzr istəyirəm, dünyanın hər yerində futbolçular hər iqlimə uyğunlaşırlar. Bu, sadəcə, bəhanə ola bilər. Çoxlu bəhanələr ola bilər, dağlıq ərazidi, yağış yağdı-filan. İnanın ki, istək olarsa, bu dediyim amillər bəhanə deyil. 3000 metr hündürlükdən danışmırıq. Bəzi komandalar 3000 hündürlükdə oynayırlar, amma problem yaşamırlar.
- Mustafa Əhmədzadə sizi hansı planda cəlb etdi?
- Oyunlarını gördüm və məni cəlb etdi. İşimizin bir hissəsi də oyunçulara baxmaq, premyer-liqa matçlarını izləməkdi. Məşqçilərimizlə birlikdə qərar verdik ki, onu milliyə cəlb edək.
- Amin Seydiyevi əvvəl əsas heyətdən çıxarmışdız. Ancaq indi onu yenidən milliyə dəvət etdiz. Bu müddətdə Seydiyev inkişaf edib?
- Bundan iki toplanış öncə Seydiyevi çağırmışdım. Ondan sonrakı toplanışlarda milliyə cəlb olunmadı. Çünki həmin mövqedə başqa oyunçulara şans vermək istədim. Oyunları izləyirik. Bəzi futbolçuların oyunu bizi cəlb edir. Texniki qərardı. Kim yaxşı fkrmadadısa, çalışırıq onların köməyindən yararlanaq.
- Növbəti iki oyunda da məğlubiyyətlər olsa, 6 oyuna 6 məğlubiyyəti necə qarşılayacaqsız?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Amma bir məqamı vurğulamaq lazımdı ki, yeni layihənin başlanğıcındayıq. İş gedir. Hamılıqla bərabər bunun üzərində çalışırıq. Heç nə bizi tutduğumuz yoldan çəkə bilməz.
RÖYANƏ OĞUZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta