AZ

Millimiz bir pillə irəlillədi

UEFA-nın klub reytinq cədvəlində Azərbaycanın mövqeyi dəyişib.


Bakupost.az xəbər verir ki, bu, Avroliqanın 4-cü turunda “Qarabağ”ın Norveçdə “Bodo Qlimt” üzərindəki qələbəsi (2:1) sayəsində mümkün olub. Qurban Qurbanovun komandası ölkəmizin aktivinə daha 0,500 xal yazdırıb.
Bununla da Azərbaycan bir pillə irəliləyərək 27-ci yerə yüksəlib. Hazırda onun 19,625 xalı var. Azərbaycandan bir pillə öndə - 26-cı yerdə olan Rumıniya 20,125, bir pillə geridə - 28-ci yerdə qərarlaşan Bolqarıstan isə 19,125 xala malikdir.
Reytinqə əvvəlkitək İngiltərə (91,732) başçılıq edir.

Seçilən
15
bakupost.az

1Mənbələr