AZ

Tramp Ukraynaya hərbi yardımları dayandıracaq: “Avropa Rusiya ilə təkbaşına mübarizə aparmaqdan ehtiyat edir”

“Donald Trampın ABŞ prezidenti seçilməsi, dünyada ən azından yaxın dörd ildə baş verəcək hadisələr baxımından çox önəmlidir. Hazırda planetin müxtəlif bölgələrində davam edən münaqişə və müharibələr hər kəsimdən olan insanları da, dövlətləri də kifayət qədər yorub. Çoxlu insan tələfatı, dağıdılan şəhərlər, infrastrukturlar, dərin humanitar böhranlar bu savaşların bir an öncə bitməsini şərtləndirir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, Donald Trampın seçiləcəyi təqdirdə savaşları bitirəcəyi ilə bağlı verdiyi ciddi vədlər var ki, bunların necə həyata keçiriləcəyi xeyli suallar doğurur:

“Hazırda üzərində düşünəcəyimiz bir neçə müharibə və münaqişə var ki, bunların yaxın və orta zaman kəsiyində həlli xeyli mümkünsüz görünür. Rusiya-Ukrayna savaşı, bu savaşın necə sonlandırılacağı, tərəfləri danışıqlar masası ətrafında oturtmağın bir formulunun tapılması o qədər də asan deyil. Rusiya başda Krım olmaqla, işgal edərək özünə birləşdirdiyi 4 vilayətdən heç bir halda imtina etməyəcək, əksinə Xarkov da daxil bir neçə vilayəti də ələ keçirməyə çalışacaq Ukrayna və onu dəstəkləyən Qərb ittifaqı da Ukraynanın kapituliyasiyasına heç bir vəhclə razı olmayacaq. Fikrimcə, Tramp dönəmində ABŞ-la Rusiya müəyyən dərəcədə yaxınlaşacaq, ən azından bu iki ölkə arasında sərtləşmələr daha da irəli getməyəcək. Çünki Tramp iqtidarının qarşısında diqqətini yönəldəcəyi başqa ciddi məsələlər var.Yaxın Şərq, Çin, ABŞ-ın daxili problemləri daha çox diqqət mərkəzində olacaq.

O da məlumdur ki, Trampın qələbəsi qətiləşdikdən sonra Avropa da təlaş hökm sürməkdədir. Belə ki, Avropada Trampın Ukraynaya hərbi yardımları kəsəcəyi təqdirdə qoca qitənin Rusiya ilə üz-üzə qalacağından ehtiyatlanırlar”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr