AZ

Millətlər Liqası: Azərbaycan yığmasının son iki oyun üçün heyəti açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Estoniya və İsveç yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, komandaya cəlb olunan oyunçuların adlarını Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında elan edib.

Portuqaliyalı mütəxəssis 24 futbolçuya dəvət göndərib.

Qapıçılar: Rza Cəfərov (“Neftçi”), Aydın Bayramov (“Zirə”), Nicat Mehbalıyev (“Sabah”);

Müdafiəçilər: Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Abbas Hüseynov (hamısı “Qarabağ”), Amin Seydiyev, (“Sabah”), Rahil Məmmədov (“Radomyak”, Polşa), Zamiq Əliyev (“Eqnatiya”, Albaniya), Anton Krivotsyuk (“Daejon”, Cənubi Koreya);

Yarımmüdafiəçilər: Toral Bayramov, Aleksey İsayev (hər ikisi “Qarabağ”), Ceyhun Nuriyev (“Zirə”), Coşqun Diniyev (“Bandırmaspor”, Türkiyə), Emin Mahmudov (“Neftçi”), Ozan Can Kökçü (HIK, Finlandiya), Xəyal Nəcəfov (“Turan Tovuz”), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”), Səbuhi Abdullazadə (“Sumqayıt”),

Hücumçular: Ramil Şeydayev (“Neftçi”), Rüstəm Əhmədzadə ("Zirə"), Nəriman Axundzadə ("Qarabağ"), Mahir Emreli (“Nürnberq”, Almaniya).

Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniyanı qəbul edəcək Azərbaycan millisi 3 gün sonra isə son tur çərçivəsində səfərdə İsveçin qonağı olacaq.

Seçilən
1
5
xezerxeber.az

6Mənbələr