AZ

HEÇ BİR MİLLƏTDƏ OLMAYAN DƏYƏRLƏR

Milli dəyərlərin zənginliyi heç də hər hansı ölkənin böyüklüyü və kiçikliyi ilə ölçülmür. Çünki milli dəyərlər hər bir xalqın mədəniyyəti, tarixi və əxlaqıdır.  Təbii ki, uzun illər bu dediyimiz dəyərləri qorumaq heç də hər millətə, hər xalqa qismət olmur. Ən azından ona görə ki, hansısa xalq kiminsə təcavüzünə məruz qalanda istər-istəməz bu dəyərlər itir və onun yerini təcavuz edən millətin  mədəniyyəti, dəyərləri tutur. 

Təbii ki, Azərbaycan da uzun  müddət yadellilərin  işğalına məruz qalıb. Ərəblərin, monqolların, farsların, lap elə rusların  təsiri altında olmuşuq. Düzdür, onların müəyyən adət-ənənəsi  və İslami dəyərləri bizə sirayət edib, amma heç vaxt heç bir təcavüzkar, heç bir  işğalçı bizim mənəvi, əxlaqi dəyərlərimizi əlimizdən ala bilməyib.  Çünki xalqımız həmişə öz qanı, həyatı bahasına olsa da o mənəvi dəyərləri  qoruyub saxlamağı  bacarıb. Təsəvvür edin ki, latın xalqının dövləti də məhv olub, dili də. Sadəcə olaraq,  onların əlifbası qalıb və bu əlifba da onları  az da olsa tarixdə  yaşadır və kimliyini  müəyyənləşdirir.

Dünyada heç bir xalq  bizim qədər, daha doğrusu, azərbaycanlılar kimi başqa millətə və başqa xalqlara  hörmətlə və məhəbbətlə yanaşmayıb.  Niyə uzağa gedirik, elə bizimlə düşmənçilik edən Ermənistanı  götürək. Orda indi ermənilərdən savayı heç bir  millət və xalq qalmayıb. Qalsa da çox az miqdarda qalıb və onların da dili, mədəniyyəti, mənəvi dəyərləri ermənilər tərəfindən məhv edilib. Hətta  qədim alban abidələrini ermənilər öz adlarına çıxarır və dünyaya erməniləri ən qədim tarixə malik  millət kimi təqdim edir. Aydındır ki, onlar  da özünü sevməkdən, başqa sözlə demiş olsaq, faşist ideologiyasından başqa bir şeyə xidmət etmir.

Bu gün dünyanın gözü Ermənistanda deyil, Azərbaycandadır. Çünki Azərbaycan öz bəşəri, multikultural dəyərləri ilə dünyaya həmişə müsbət bir mesaj göndərir. Bu müsbət  mesaj da ondan ibarətdir ki, Azərbaycançılıq ideyası dünyanı sevmək, başqa xalqların dilinə, dininə və adət-ənənəsinə hörmət etməkdən ibarətdir. Adətən özündən razı olan Avropa dövlətləri özlərindən başqa digər xalqları sevmirlər. Yalnız özlərinin tarixini, mədəniyyətini, musiqisini, milli dəyərlərini digər ölkələrə  sırımaq istəyirlər və bəzən buna nail olurlar da. Amma gəlin  onunla razılaşaq ki, mübariz xalqlar bu cür ziyanlı addımlara imkan vermir, özünün milli-mənəvi dəyərlərini qorumağı bacarır. Məhz Azərbaycan da belə bir mövqe tutub, öz mədəniyyətini, milli dəyərlərini dünyanı sevə-sevə onlara təbliğ edir. Azərbaycana bir dəfə gələn hər hansı əcnəbi görür ki, heç də bizim xalq ermənilərin dediyi kimi, pis millət deyil. 

Azərbaycan dünyanın ən ləyaqətli, ən şərəfli, xalqını və millətini  sevən bir ölkədir. Təsadüfi deyildir ki, müstəqillik dövrünə qədəm qoyandan sonra Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycançılıq ideyası dünyaya daha geniş təbliğ edildi. Bu ideya Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Və demək olar ki,  bu gün də davam edir. Bayaq dedik  axı, Azərbaycana  yolu düşən hər hansı bir xarici vətəndaş Bakıda və digər rayonlarda olanda xalqımızın necə böyük ürəyə və əmələ sahib olduğunun şahidi olurlar. Çünki onlar görürlər ki, dünyanın heç bir yerində olmayan qonaqpərvərlik, diqqət və qayğı məhz onlara göstərilir. Təbii ki, həmin əcnəbilər də ölkəmizdə bu sevgini və bu məhəbbəti görəndən sonra istər-istəməz vətənlərinə qayıdanda gördüklərini öz doğmalarına danışırlar. 

Ermənilər Azərbaycan torpaqlarını, şəhərlərini, kəndlərini, qəsəbələrini işğal edəndə daşı daş üstə qoymadılar. Hətta qəbiristanlıqlarımızdakı qara mərmər daşlarını sökərək  apardılar. Amma bununla da  kifayətlənmədilər, bəzi məzarları açdılar və ordakı cəsədlərdən qızıl diş axtardılar. Sonra da məzarları buldozerin qabağına verib hamısını  dağıtdılar və orda taxıl əkdilər. Çörək onları tutsun, dünyanın heç bir xalqı müharibə etdiyi dövlətin qəbiristanlıqlarını belə viran günə qoymayıb. 

Amma çox uzağa getməyək, Xankəndi, Şuşa, Xocavənd, Xocalı, Əsgəran və ermənilərin digər yaşadıqları şəhər və qəsəbələr ordumuz tərəfindən işğaldan azad ediləndən sonra onların müqəddəs yerlərinə, kilsələrinə, monastırlarına, qəbiristanlıqlarına belə toxunulmadı. Yekə-yekə danışan ermənilərin keçmiş prezidentləri Robert Köçəryan  və Serj Sərkisyanın qohumlarının da Xankəndidəki qəbiristanlıqda  məzarları var. Bizimkilər də istəsəydi qisas almaq üçün onların doğmalarının qəbirlərini dağıdardı. Amma Azərbaycan xalqı qisası döyüş meydanında alır, ölülərlə, tarixi abidələrlə heç bir işi olmur. Əksinə, o tarixi abidələri və qəbiristanlıqları mühafizə edir. Görəsən, ermənilər bunu görüb heç utanırmı? Çətin ki, onlarda  utanan sifət olsun, çünki  insanlıq sifətini  itirmiş, vəhşi heyvandan da betərdir, ermənilərin nə arı, nə də namusu var. 

Bir həftədən sonra Azərbaycanda çox möhtəşəm bir beynəlxalq tədbir COP-29 keçiriləcək.  Bu tədbirdə  yüz minə yaxın insan iştirak edəcək. BMT-nin baş katibi və eləcə də neçə-neçə ölkənin prezidentləri, baş nazirləri bu tədbirin  qonağı olacaq. Çünki bu tədbirdə dünyanı quraqlıqdan, ekoloji fəlakətdən, müharibələrdən xilas etməyin yolları axtarılacaq. Təbii ki, bu yollar gec-tez tapılacaq, amma əsas məsə odur ki, Azərbaycan bu cür möhtəşəm beynəlxalq tədbirə qucaq açır və özünün bir daha dünyəvi, bəşəri  dəyərlərə sadiq olduğunu əməli işiylə təsdiq edir. 


Təsdiq edir ki, Azərbaycan kiçik dövlət olduğuna baxmayaraq, dünya siyasətində və iqtisadiyyatında öz sözünü deməyi bacaran bir ölkədir. Çünki bu ölkənin müstəqilliyini Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev daha da möhkəmləndirərək dünya səviyyəsinə yüksəldib. Onlar göstərib ki, Azərbaycan 30 ildə başqa ölkələrin yüz ildə inkişafına nail ola bilməyən bir yolu keçib. Bu yol isə elə də asan olmayıb. Çünki bu yolda bizdən xoşu gəlməyən dövlətlər badalaq atıblar, ancaq yıxa bilməyiblər. Ona görə yıxa bilməyiblər ki, Azərbaycan çox zəngin  mədəniyyətə, tarixə və adət-ənənələrə malikdir!

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Seçilən
20
adalet.az

1Mənbələr