AZ

“Netanyahu və onun dəstəsi əməllərinə görə mütləq cavab verəcəklər” - Ərdoğan

“Bu gün Qəzzada baş verənlər sözün əsl mənasında soyqırımdır”.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan və Macarıstan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsi zamanı deyib.

“Orada əksəriyyəti uşaq və qadın olmaqla günahsız insanlar vəhşicəsinə qətlə yetirilir. Bir ovuc torpaqda həbsdə olan 2 milyondan çox insanın üzərinə bombalar atılır. Qəzzada baş verən vəhşilikləri izah etmək işimiz bitməyəcək. İsrailin zülmünü, insan haqlarını və beynəlxalq hüquq pozuntularını hər fürsətdə dilə gətirəcəyik. Qəzzada törədilən qırğınları, körpələrin, anaların qışqırtılarını hamı unutsa belə, biz unutmayacağıq və unutdurmayacağıq”, - deyə siyasətçi vurğulayıb.

Ərdoğan qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahu və onun dəstəsi əməllərinə görə mütləq cavab verəcəklər. 

“Biz onların arxasıncayıq və qətllərinə görə cavab vermədən onları buraxmayacağıq. Türkiyə olaraq Qəzzalı qardaşlarımız üçün əlimizdən gələni səfərbər etməyə çalışdıq. Biz Misir rəsmilərinin dəstəyi ilə bu günə qədər Qəzzadakı qardaş və bacılarımıza 85 min tondan çox humanitar yardım çatdırmışıq. Bu rəqəmlərə baxdıqda Qəzzaya ən çox yardımı çatdıran ölkə olduğumuzu deyə bilərik”, - deyə siyasətçi bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr