Türkiyə səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
8 Noyabr - üçrəngli Azərbaycan bayrağının azad Qarabağın ən uca zirvələrində dalğalandığı gündür. 1news.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. “Qardaş Azərbaycan xalqını 8 Noyabr - Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, bu şanlı qələbədə şəhid olan bütün qəhrəmanlara uca Allahdan rəhmət diləyir, yaxınlarına və döyüş yoldaşlarına başsağlığı verir, veteranlara cansağlığı, uzun və sağlam ömür arzulayıram", - diplomat qeyd edib.