ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp gələn həftə Argentina prezidenti Xavyer Miley ilə görüşəcək.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, görüş Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında baş tutacaq.
Bildirilib ki, Mayli 2023-cü ilin dekabrında prezident vəzifəsinə gəldikdən sonra ABŞ ilə sıx əlaqələr qurmağa çalışıb.
Argentina prezidenti amerikalı iş adamı İlon Maskla da görüşmək niyyətindədir.
Gülşən Şərif