AZ

Putinin Trampla dialoqu... - Kremldən mühüm şərh

Rusiya Prezidenti Vladimir Putin “Valday”da iştirak üçün getdiyi Soçidən Moskvaya qayıdıb. Gün ərzində o, Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında deyib.

O, medianın suallarını cavablandırarkən, bir sıra vacib açıqlamaları ilə diqqət çəkib:

- Rusiyanın Ukrayna ilə bağlı dialoqa açıq olması xüsusi əməliyyatın məqsədlərinin dəyişməsi demək deyil. Bütün bunlar ölkəmizin, orada yaşayan rus xalqının təhlükəsizliyi maraqlarına aiddir, burada hər hansı bir dəyişiklik yoxdur;

- Putin Trampla dialoqa hazırdır, lakin hələlik heç bir konkretlik yoxdur;

- Müəyyən konkret addımlar atılmayana qədər Rusiya ilə ABŞ arasında münasibətlərin istiləşməsindən danışmaq tezdir. Müəyyən bəyanatlar var, amma konkret addımların vaxtı çatana qədər bu barədə danışmaq tez olardı.

Bundan başqa, Peskov Şimali Koreya ordusunun Rusiya tərəfdən Ukrayna savaşına qatılması haqda sualı cavablandırmayıb və bu barədə Müdafiə Nazirliyindən münasibət öyrənməyi tövsiyə edib.

Seçilən
53
24
axar.az

10Mənbələr