AZ

COP29 çərçivəsində mədəni proqramların təşkili nəzərdə tutulub

“COP29 çərçivəsində Prezident İlham Əliyevin tapşırığı ilə mədəni proqramların təşkil olunması nəzərdə tutulub”.

"Cebheinfo.az"xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov COP29-a hazırlıq işləri ilə tanışlıqla bağlı media nümayəndələri ilə görüşdə deyib.

“Noyabrın 11-i cənab Prezident İlham Əliyevin iştirakı ilə COP29-un açılış mərasimi olacaq. Xüsusən, Liderlər Sammitinin açılışında 40 dəqiqəlik mədəni proqram nümayiş ediləcək. Heydər Əliyev Mərkəzində və Gülüstan Sarayında müxtəlif tədbirlər təşkil olunacaq”, - deyə o əlavə edib.

Prezidentin köməkçisi bildirib ki, mavi və yaşıl zonalarda bir sıra heykəltəraş və rəssamların yaradıcılıq nümunələri də nümayiş ediləcək.

"Cebheinfo.az"

Seçilən
12
5
cebheinfo.az

6Mənbələr