Toral Bayramovun Avropa Liqasında Liqa mərhələsinin IV turunda "Bodo Qlimt"in qapısına vurduğu qol turun ən yaxşısı seçilib.
İdman.biz xəbər verir ki, bunu UEFA-nın rəsmi saytı açıqlayıb.
"Qarabağ"ın futbolçusu Toral Bayramov təmsilçimizin 2:1 hesabı ilə qalib gəldiyi görüşün 22-ci dəqiqəsində hesabı açıb.
Toral "Ayntraxt"dan Omar Marmuşu, "Ludoqorets"dən Erik Markusu və "Qalatasaray"dan Yunus Akgünü qabaqlayıb.
Qeyd edək ki, ən yaxşı qolun müəllifi UEFA-nın rəsmi saytında keçirilən səsvermə ilə bəlli olub.
İdman.biz