Rusiya ordusu Ukrayna ilə müharibədə daha bir generalını itirib.
“Cebheinfo.az”-ın məlumatına görə, general-mayor Pavel Klimenko döyüşlərdə Ukrayna Silalı Qüvəlləri tərəfindən öldürülüb.
Donbasda yerləşən Moskvaya bağlı olan “Novorossiya” xəbər agentliyi və “Donbass - Rusiyanın ürəyi” cəmiyyəti bu xəbəri təsdiq edib.
General Klimenko separatçı Donetsk Xalq Respublikasının keçmiş rəhbəri Aleksandr Zaxarçenkonun adını daşıyan “Xalq milisləri”nin tərkibində olan 5-ci əlahiddə motoatıcı briqadaya (Oplot) komandirlik edib.
Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.
Rusiya Prezidenti Vladimir Putin general Klimenkonu fəxri adlarla təltif etmişdi.