"Atam, anam başıma bir iş gəlməsindən narahat idilər. Amma evdə boş dayana bilməzdim. Mikrofonu kənara qoyub cəbhəyə getdim", - deyə o söyləyib.
Döyüş bölgəsində ordumuzun yanında olan sənətçilərimizdən biri də Əməkdar artist İlkin Əhmədovdur. O, müharibədə əsgərlərimizin yanında olmağı özünə borc bildiyini vurğulayıb:
"Sanki əsgərlərimiz bizi orada görməyi gözləmirdi. Hamısının üzündə bir təbəssüm var idi. Bu bizim üçün çox xoş idi. Qardaşlarım, əzizlərim, övladım yerində olanlar orada döyüşən vaxt evdə yata bilməzdim. Biz ifalarımızla onlara motivasiya verməyə çalışırdıq".
Xalq artisti Nurəddin Mehdixanlı 44 gün ön cəbhədə əsgərlərimizlə olduğu zamanların həyatının ən dəyərli günləri olduğunu və bununla fəxr etdiyini deyib:
"Mən sənət adamıyam, eyni zamanda, ehtiyatda olan zabitəm. Müharibədə Azərbaycan əsgərinin nələr etdiyini öz gözlərimlə gördüm. Bu bizim tariximizdə əvəzolunmaz bir hadisədir".
Daha ətraflı videomaterialda:
3Mənbələr
-
turanpress.comOrdumuzun yanında olan sənətçilərimiz: "Mikrofonu qoyub cəbhəyə getdim" — VİDEO ( 12846499)
-
demokrat.azOrdumuzun yanında olan sənətçilərimiz: "Mikrofonu qoyub cəbhəyə getdim" — VİDEO ( 12844690)
-
sitat.infoOrdumuzun yanında olan sənətçilərimiz: "Mikrofonu qoyub cəbhəyə getdim" ( 12844108)