Avstraliyada Qantas Hava Yollarına məxsus təyyarə havaya qalxarkən böyük çaxnaşma yaşanıb.
Publika.az xəbər verir ki, mühərrik alışıb və təyyarə havada dövrə vurduqdan sonra Sidney hava limanına məcburi eniş edib.
Uçuş zamanı təyyarədə güclü partlayış səsi eşidən sərnişinlər təhlükə ilə üzləşib. Avstraliya mətbuatı partlayış zamanı təyyarədə silkələnmə olduğunu bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd olunub.