AZ

Samir Abasov: "Buraya şikayət etmək üçün gəlməmişəm"

"Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Oyuna gəldikdə, çox çətindir nəsə demək. Birinci günlərlə müqayisədə, get-gedə komandada nə problemlər var, hansı yöndə işləməliyik, bunlar daha çox görünür. Hara gəldiyimizi də bilirik, hansı problemlərlə üzləşəcəyik, onu dərk edib gəlmişik".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 13-cü turunda "Şamaxı" ilə 2:2 hesablı heç-heçəni şərh edib: "İndi bir çıxış yolumuz var ki, dayanmadan işləmək lazımdır. Bu cür stressi geridə qoymalıyıq. Pozitiv bir şey axtarıb, yeni bir iş tapmalıyıq. Yeni oyunçuların çıxması, digərlərinin inkişafı. Bu gün oyun barəsində danışsaq, şəxslər üzərində də dursaq, Murad Məmmədovu qeyd edərdim. Təbrik edirəm. Yaxşı başladı. İkinci hissədə çəkdiyimiz bəla Muradda da sezilməyə başladı. Tempdən düşdü. Bu gün biz "Neftçi" olaraq oyunların tempinə hələ ki, tab gətirə bilmirik. Bu, bizim görülən problemimizdir. Çalışacağıq. Milli fasilə var. Bəlkə bizə kömək oldu. Mən gələndən sonra analiz etsək, ikinci hissədə hücum qurmaqda nə qədər əziyyət çəkirik. İşləyəcəyik. Çalışacağıq ki, ən yaxşısını edək. Edə bilsək, təbii ki. Matçdan əvvəl uşaqlara dedim ki, siz oyununuzdan həzz alsaz, aqressiv, templi oynasaz....Futboldur, rəqib standart vəziyyətlərdən qol vura bilər. Problemlər oyundan-oyuna daha da görünür. Çalışacağıq ki, rotasiyalar edə-edə, nələrsə fikirləşərək yaxşı vəziyyətə gələk".

Samir Abasov komandadakı vəziyyətdən şikayətlənmək əvəzinə vəziyyəti düzəltmək üçün burada olduğunu bildirib: "Rotasiyalar edə-edə daha hazır olanları meydana buraxaraq, komandanı balansa gətirmək lazımdır. Məşqlərdə də nəticələrə baxırıq. Biz bilməliyik ki, bura yaxşı olsaydı, məşqçini dəyişib başqasını gətirməzdilər. Nələrsə, yaxşı deyil ki, dəyişiklik olur. Buraya nələrdənsə şikayət etmək üçün gəlməmişəm. Məni bura komandanı bu situasiyadan çıxarmaq üçün gətiriblər. Bu haqda danışmıram. Situasiyadan çıxmaq istəyirik. Problemlər var. Buradayamsa, mən həll etməliyəm. Kluba, azarkeşlərə bu şikayətlər maraqlı deyil. Görəcək işlərimiz çoxdur. Nəsə deməyim düzgün çıxmaz. Etik deyil. Etik olsa da, "Neftçi" camiəsi üçün maraqlı deyil. Bunu anlayıram".

Qeyd edək ki, "Neftçi" Samir Abasovun rəhbərliyi ilə 4 oyunda 1 qələbə qazanıb.

İdman.biz

Seçilən
32
5
idman.biz

10Mənbələr