"COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda inşaat işlərinin 99 faizi tamamlanıb".
Ekologiya.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanlar inşası departamentinin direktoru Azər Quliyev deyib.
O bildirib ki, işlər tam yekunlaşdıqdan sonra məkan BMT-yə təhvil veriləcək:
"Çox xırda işlər qalıb. İstifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsi prosesi də tamamlanır. Bütün materiallar dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda gördüklərinizin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır".