AZ

“Paşinyan oyun oynayır və Rusiya bunun fərqindədir”

“Ermənistanın baş naziri Nikol Paşinyan vaxtaşırı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı tənqidi bəyanatlar səsləndirir, bu quruma pul ayırmaqdan imtina edir, onu Ermənistan üçün təhlükə adlandırır. Əslində isə onun etdikləri sadəcə bir oyundur və Rusiya bu oyunun fərqindədir”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, Paşinyan anti-Rusiya bəyanatları ilə sadəcə Ermənistandakı Qərbpərəst dairələrin dəstəyini almağa çalışır:

 

“Bu gün Ermənistanda Qərbpərəst qüvvələr mövcuddur. Hansı ki, Paşinyan parlament seçkilərində onların dəstəyini almaqda maraqlıdır. Məhz bu səbəbdən də Paşinyan anti-Rusiya bəyanatları və KTMT-yə yönəlik tənqidləri ilə onların rəğbətini qazanmağa çalışır. Rusiya da bunu çox gözəl başa düşür. Kremlin Paşinyana münasibətdə təmkinli davranmasının səbəbi də budur”.

 

Seymur ƏLİYEV

Seçilən
13
moderator.az

1Mənbələr