AZ

AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) komunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli Çelenc Kuboku matçına supervayzer təyin olunub.

Apasport.az xəbər verir ki, qurum rəsmisi qadın voleybolçular arasında yarışın 1/16 finalında “Rapid" (Rumıniya) və “Roma” (İtaliya) komandalarının cavab qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək.

Noyabrın 12-də Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək oyunu danimarkalı Morten Enqborq Kleyn və bolqarıstanlı Milena Lazarova-Pyova idarə edəcəklər.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

“Murov Az Terminal”dan yeni transfer

Pazdnekov Aleksandr: "Bəzən oyunumuz istədiyimiz kimi alınmır"

“Azərreyl” və “Murov Az Terminal” yarımfinala yüksəldi

“Azərreyl” və “Xilasedici”dən qələbə

“Gəncə” və “Abşeron”dan qələbə

Seçilən
18
apasport.az

1Mənbələr