Qərb təmsilçiləri – “Turan Tovuz” və “Kəpəz” klublarının veteran futbolçuları arasında yoldaşlıq oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, yoldaşlıq görüşü “Turan Tovuz”un çempionluğunun və Azərbaycanı ilk dəfə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar keçiriləcək.
Qarşılaşma noyabrın 11-də Tovuz şəhər stadionunda baş tutacaq. Oyuna saat 15:00-da start veriləcək.