AZ

Nyu-Yorkda Zəfər Günü münasibəti ilə məlumatlandırma aksiyası keçirilib

ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr - Azərbaycanın Zəfər Gününə və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.

“Far.Az”un ABŞ bürosu xəbər verir ki, layihə Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı və Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə baş tutub.

“8 Noyabr Azərbaycanın Zəfər Günüdür!” şüarı və Azərbaycanın Zəfər rəmzi hesab olunan Xarıbülbül əks olunduğu led ekranlı avtomobil Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib, BMT-nin Nyu-Yorkdakı qərargah binasının önündə dayanıb.

Məlumatlandırma aksiyası gün ərzində davam edəcək. Avtomobil Nyu-Yorkun Manhettan adasının mərkəzi küçə və meydanlarını dolaşacaq, məşhur “Times Square” meydanında dayanacaq.

Seçilən
18
5
far.az

6Mənbələr